Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Qəhrəmanlar kəndi Kosaların işğalından 27 il ötür

0


  •         
            08 may 2019-cu il tarixdə Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə Şuşa şəhərinin və Xocalı rayon Kosalar kəndinin işğalının 27-ci ildönümü münasibətilə "Ana harayı" abidəsi önündə tədbir keçirildi. Tədbirdə Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəliyinin işçiləri, Xocalı rayon Kosalar, Yaloba və Əli Kərim adına Başkənd kənd tam orta məktəbinin müəllim və şagird kollektivi, qəsəbədə fəaliyyət göstərən idarə, müəssisələrin əməkdaşları iştirak etdilər.
            Əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi, şəhidlərin ruhuna dualar oxundu.
            Sonra "Ana harayı" abidəsi önünə tər çiçəklər düzüldü. 
            Tədbirdə Xocalı rayon Yaloba kənd tam orta  məktəbinin riyaziyyat müəllimi Xudayar Quliyev çıxışında Şuşa şəhərinin xəyanətə qurban getdiyini vurğuladı. Azərbaycanın gözəl təbiətə, füsunkar gözəlliyə malik yerlərindən biri də Kosalar kəndi olduğunu bildirdi. Kosalar igidlərinin düşmənə qarşı layiqli mübarizə apardığını dedi. Xudayar müəllim bildirdi ki, ermənilər dəfələrlə Kosalar kəndinə hücumlar etmişdilər. Onlar nəyin bahasına olursa-olsun, bu igid yurdun dəyanətini qırmaq, kəndi işğal etmək istəyirdilər. Erməni quldurları Kosalarda böyük ordunun olduğunu zənn edirdilər. Ona görə ki, mənfur düşmənlər 29 martda Kosalara hücum edərkən xeyli itki vermişdilər. Alınan məlumata əsasən, Kosalar kəndində düşmənin verdiyi itkiyə görə Ermənistanda və Xankəndində 3 gün matəm olunub. 1992-ci il may ayının 8-də Şuşa şəhəri erməni qəsbkarları tərəfindən işğal olundu. Bu xəbər kəndə çatanda əhalinin son ümid çırağı da söndü. 
             Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev Kosalar kəndi haqqında ümumi məlumat verdi. Kosalar kənd camaatının mərd, döyüşkən camaat  olduğunu diqqətə çatdırdı. Qarabağ müharibəsində kəndin igid oğullarının göstərdiyi hünərə görə, Kosalar əhalisinin dövlətçiliyə sadiqliyinə görə kənd camaatının hər zaman, hər yerdə alnı açıq, üzü ağ olduğunu qeyd etdi. Şahid Rzayev bildirdi ki, Kosalar kəndi Dağlıq Qarabağda axırıncı işğal olunmuş yaşayış məntəqələrindən biridir. Kosalar kəndindən 3 nəfər "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına, 1 nəfər "Azərbaycan Bayrağı" ordeninə, 5 nəfər "İgidliyə görə" medalı ilə təltif edilib. 
            Sonda məktəbli şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirildi. 
            



      











    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi5 il öncə
    İzlənib33 dəfə
    Qəhrəmanlar kəndi Kosaların işğalından 27 il ötür

    Maraqlı gələ bilər
    105
    29
    38
    25